“Baku Steel Company” yaxınlığında taxta sexində baş vermiş yanğın söndürülüb


Digərləri 25 Avq 2019 21:33:56 242 0

“Baku Steel Company” yaxınlığında taxta sexində baş vermiş yanğın söndürülüb

Bakı şəhəri, Nərimanov rayonu, “Baku Steel Company” yaxınlığında taxta sexində yanğın baş verib

Bakı. Bakı şəhəri, Nərimanov rayonu, “Baku Steel Company” yaxınlığında taxta sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.