Suriyaya sutka ərzində 1,4 mindən artıq qaçqın qayıdıb


Digərləri 25 Avq 2019 21:12:00 212 0

Suriyaya sutka ərzində 1,4 mindən artıq qaçqın qayıdıb

Xarici ölkələrdən ötən sutka ərzində Suriyaya 1405 qaçqın qayıdıb

Bakı. Xarici ölkələrdən ötən sutka ərzində Suriyaya 1405 qaçqın qayıdıb. Trend-in məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 409 qaçqın (123 qadın, 209 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 996 qaçqın (299 qadın, 508 uşaq) öz ölkəsinə qayıdıb. Bundan əlavə, Rusiya tərəfi Suriya ərazisində iki humanitar aksiya həyata keçirib. Latakiya əyalətinin Baksa və Deyr-əz-Zor əyalətinin Marrat yaşayış məntəqələrində sakinlərə 4,84 ton ərzaq verilib.