Gənclərin ən çox səyahət etdiyi tətil cənnətləri ƏSRARƏNGİZ FOTOLAR


Digərləri 25 Avq 2019 20:34:00 283 0

Gənclərin ən çox səyahət etdiyi tətil cənnətləri  ƏSRARƏNGİZ FOTOLAR

Dünyada yay tətilini yaddaqalan keçirmək və lüks istirahət etmək üçün dillər əzbəri olmuş bir çox məkanlar var.

Son.az xəbər verir ki, bu məkanların cəzbedici və lüks səslənməsinə baxmayaraq, səyahət etməyi sevən gənclər daha çox mənzərəsi və rahatlığı ilə seçilən yerlərə getməyi üstün tutur.

"Matador Network" son dövrlərdə sakitliyi, rahatlığı və cəzbediciliyi ilə gənclərin diqqətini çəkən məkanların siyahını hazırlayıb.

Alqarve - Portuqaliya

Alqarve Portuqaliyanın son dövrdə sürətlə trend olan məkanlarından birinə çevrilib. Lissabon və Portu kimi böyük şəhərlərin əksinə Alqarve təbii gözəlliyi ilə diqqət çəkir. Əsrarəngiz qumsalları olan məkanda 1 həftəlik tətilin qiyməti 3300 avrodur.

İbiza - İspaniya

Avropada, xüsusilə, gənc və varlı turistlərin favorit istirahət mərkəzlərindən biridir. Əməvi memarlığını bu günə qədər qoruyub saxlayan lüks hotellərdəki SPA mərkəzləri ən çox üstünlük verilən istirahətlərdəndir.

Losinc - Xorvatiya

Adriatik dənizinin sahilində yerləşən Losinc tarixi görünüşü ilə yanaşı, sağlam istirahət üçün əvəzedilməz yerdir.

Karib adaları

(adsgarden = window.adsgarden || []).push({});