Ağsuda mürəkkəb relyefi dağlıq ərazidə yanğın başlayıb


Digərləri 25 Avq 2019 20:53:00 234 0

Ağsuda mürəkkəb relyefi dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.