Misilsiz modelyerdən 8 MODA QANUNU və HƏYAT DƏRSİ FOTO


Digərləri 25 Avq 2019 19:09:00 282 0

Misilsiz modelyerdən 8 MODA QANUNU və HƏYAT DƏRSİ  FOTO

Dünya şöhrətli modelyer Canni Versaçenin adı dəbdəbə simvolları ilə assosiasiya olunur. Onun müasir qadının obrazına mütərəqqi baxışları özündə həm qadın zərifliyini, həm dinamikasını, hətta qeyri-adiliyi birləşdirir. Əbəs yerə deyil ki, onu barokko kralı adlandırırdılar. Canni Versaçenin pərəstişkarları arasında kral ailəsinin üzvləri, Hollivud ulduzları, tanınmış siyasətçilər və başqalarını misal çəkmək olar.

Dahi kuturyenin moda tarixində qoyduğu izlər və moda haqqında məsləhətləri heç zaman öz aktuallığını itirməyib.

Son.az bu yazıda modapərəst oxucuları modelyerin dəb və həyat haqqında fikirləri ilə tanış etmək qərarına gəlib.

Geyimi tamamlayan sizsiniz!

"Geyim insanın ruhu kimi tək və təkraredilməzdir, qadın isə günahsız mələkdir, günahkar həzlər üçün meyvə deyil".

İtalyan kuturyenin xüsusi istedadı onda idi ki, o, qadının güclü seksual energetikasını təvazökarlıq və sadəliklə birləşdirə bilirdi. Qadına olan sonsuz hörmətini Canni Versaçe öz paltarları vasitəsilə ifadə edirdi. O, heç zaman qadını moda qurbanına çevirmir, onun təbii gözəlliyinə şübhə etmir, konveyer ideallarını və özünəməxsusluğunu heç vaxt zorla qəbul etdirməyə çalışmırdı. O, qadının ətrafında rəqs edir, sanki qiymətli daş kimi onu öz paltarının çərçivəsinə salırdı. Qadın təbiətinə belə incə və həssas münasibət modelyerin bənzərsiz və nadir bacarığından xəbər verir.

Parıldamaq yolveriləndir

"Zaman sürətlə uçur, biz isə küləkdə sönməzdən əvvəl mümkün olduğu qədər parıldamaq istəyən sadə qığılcımlarıq. Bu parıltı isə geyimdir".

Canninin bu cümləsi qadının modaya, geyimlərə olan həvəs və bütün hücumlarını çox gözəl əks etdirir.

Özünüz qərar verin

"Tutaq ki, iki oxşar qadın var: həm rifahı, həm zahirən, həm də yaşları. Onlar yalnız bir şəkildə fərqlənir: Birinin "Versace"dən paltarı var, digərinin isə yoxudur. Tapın görək bu qadınlardan hansı tez-tez məhəbbətlə məşğul olur?"

Canni Versaçe öz sözləriylə qadın ürəyinin sarı simlərinə toxunmağı bacarırdı. Axı arzulanan olduğunu hiss etmək qadının əsas ehtiyaclarından biridir. Paltar nə qədər dəbli və rahat olsa da, əgər orada heç olmasa incə qadın aroması və həssaslığı yoxdursa, o, dərhal uduzur.

Nəticə sadədir: Əgər öz geyiminizi hansısa meyarlara əsasən qiymətləndirə, yaxud da seçdiyiniz paltarın yaxşı və ya pis olduğunu başa düşə bilmirsinzisə, o zaman ən sınanmış üsulu sınayın - instinktlərə arxalanın. Adi cinsdə, kostyumda və ya donda xoşbəxt və seksual qadın təəssüratı bağışlaya bilirsinizsə, deməli, siz əla görünürsünüz.

Geyimlər moda kimi dəyişkən deyil

"Moda yerində durmur, amma geyimlər dəyişməz olaraq qalır".

Yubka-şalvarlar, dar və palasso adı ilə tanınan fason hər zaman şalvar, lalə, klyoş və karandaş modellər yubkalar olaraq qalacaq, kardiqan, sviter və puloverlər trikotaja materiala aid olacaq.

Geyim külək sürətiylə dəyişən modanın fonunda dəyişməz olaraq qalır. Baza qarderobun əsas sütunları heç vaxt dəbdən düşməyən geyimlərdir. Hər mövsüm moda leksikonuna yeni terminlər daxil olur, lakin yubkalara, şalvarlara və paltarlara həmişə yer tapılır.

(adsgarden = window.adsgarden || []).push({});