Bunları öyrəndikdən sonra heç vaxt hörümçək öldürməyəcəksiniz VİDEO FOTO


Digərləri 25 Avq 2019 17:58:00 228 0

Bunları öyrəndikdən sonra heç vaxt hörümçək öldürməyəcəksiniz  VİDEO  FOTO

Çoxlarına qorxunc gələn kiçik ölçülü canlı olan hörümçəklərin əslində təbiətin və ekosistemin əhəmiyyətli bir parçası olduğunu bilirdinizmi?

Son.az xəbər verir ki, insanlar evlərini ətraf aləmdən təhlükəsiz bir şəkildə tikilmiş kimi düşünməyi çox sevərlər. Amma yenə də otaqların künc-bucağında bir çox hörümçək toruna rast gələrlər. Bəziləri uzunmüddətli, bəziləri bir neçə saatlığa. Bəziləri isə evdə uzun müddət xoşbəxt halda yaşayır və hətta nəsillərini davam etdirirlər.

Hörümçəklər sirli canlılardır. Eyni zamanda, zərərli böcəkləri yeməyə xidmət edir. Hətta bəzi hörümçək növləri digərlərini də yeyə bilir.

ABŞ-da yaşayan bir araşdırmaçı həmkarları ilə birlikdə Şimali Karolinada yerləşən 50 evin passiv müşahidəsini aparıb. Onlar getdikləri hər evdə hörümçəklə qarşılaşıblar. Daha çox qarşılaşdıqları iki növ hörümçək torlarını quraraq ovlarını gözləyən növlərdən olub. Bunlardan biri bəzən digər növləri ovlamaq üçün torlarını qurur və onları təqlid edərlər. Hər nə qədər torlarına düşən ovu yeməyə meyilli olsalar da, hörümçəklər daimi olaraq insanlara narahatlıq yaradan böcəkləri və xəstəlikdaşıyıcılarını yemək üçün mövcuddurlar. Afrikadakı evlərdə qanla dolu ağcaqanadları yeməyi üstün tutan bir növ hörümçək belə var.

Buradan belə bir nəticəyə gəlinir ki, hörümçəyi öldürmək yalnız bir hörümçəyin ölməsi ilə nəticələnmir. Eyni zamanda önəmli bir yırtıcının evinizdən çıxmasına səbəb olur. Hörümçəklərdən qorxmaq təbiidir. Həddən çox ayaqlara sahib olmaqla birlikdə, demək olar ki, bütün növləri zəhərlidir. Lakin onların zəhəri insanların sağlamlığı üçün ciddi təhlükə daşımır. Hətta hörümçəklər insanların dərisini deşə bilmir. Hörümçəkləri araşdıran entomoloqların özləri belə araknofobiya (hörümçək qorxusu) yaşaya bilər. Lakin hörümçəklər insanlardan uzaq durmağı üstün tutarlar. Çünki insanlar onlardan daha təhlükəlidir.

(adsgarden = window.adsgarden || []).push({});