İkram Rəhimovu Owen Jones, "Reallıq.info"nu "The Guardian" səviyyəsində təqdim edənlər


Digərləri 25 Avq 2019 17:36:00 215 0

İkram Rəhimovu Owen Jones, "Reallıq.info"nu "The Guardian" səviyyəsində təqdim edənlər

Azərbaycan adına pislik edən şəbəkə

Başa vurduğumuz həftə qlobal səviyyədə diqqət çəkən  media insidentləri baxımından zəngin oldu. Aralarında trendə çevrilənlər də var. Dünyaca məşhur "The Guardian"ın əməkdaşı  Oven Gones -in (Owen Jones) London küçələrində nümayişkəranə şəkildə döyülməsindən tutmuş,    Almaniyada   hüquq şöbələrinin,  vəkillərin  mediaya xəbər ötürmələrini məhdudlaşdıran  qaydaların tətbiq edilməsinə yönəlik etiraz aksiyalarına, Belçikada frilans (freelance ) jurnalistlərin əmək haqqının azlığına, ədalətsiz ödənişlərə  qarşı kampaniya keçirmələrinə qədər bol məlumatlar var. Paralel olaraq Rusiyada, Ukraynada, Türkiyədə baş verən insidentlər də beynəlxalq təşkilatların diqqətindədir.  Qeyd edilən insidentlərin hər biri önəmli olsa da, nəzərlər  daha çox London üzərində köklənib. Çünki Oven Gones  insidenti  Qərbi Avropa ölkələrində  uzun illər qapalı saxlanılan  "jurnalistləri  döyüb qorxutma, hədələyərək işindən çəkindirmə" hallarının  son illərdə pik həddə çatmasını,  açıq forma almasını isbatlayıb.  İnsident  avqustun 17-də baş verib.  Londonda , "Kral Xaçı"nın yaxınlığında bir qrup adam Owen Jones-ə  yaxınlaşaraq, onu döymüş, "baş nahiyyəsini zədələmişlər". NUJ xəbər verir ki, "Gones  bir nəfər tərəfindən təpikləndikdən sonra yerə yıxılıb. Digər hücum edənlər onu  başından təpikləməyə başlayıblar" (https://europeanjournalists.org/blog/2019/08/19/uk-journalist-owen-jones-attacked-by-four-men/). Britaniya media ictimaiyyətini  heyrətləndirən və hiddətləndirən məqam budur ki, Londonun "Böyük şəhər polisi" hücumun CCTV görüntülərini əldə etsə də,  bu günə qədər şübhəliləri saxlamayıb.  Hansı ki, "Gones  jurnalist fəaliyyəti ilə əlaqəli olaraq son bir ildə dəfələrlə  təhdid və fiziki zorakılıq cəhdləri ilə qarşılaşmış, müdafiə  üçün polisdən yardım istəmişdi". Nəticə isə budur ki, polis nəinki onun müdafiəsi üçün önləyici tədbirlər görməyib, həmçinin, döyülmə  baş verəndən sonra da effektiv  addımlar atmayıb. Bu, Avropanın mərkəzində media azadlığına, jurnalist  təhlükəsziliyinə yönəlik  təhlükəli tendensiyadır, ciddi narahatlıq doğurur, beynəlxalq media təşkilatlarını səfərbər edir. 

Amma Avropa məkanında  media insidentləri ilə bağlı qeyri-münasib görünən məqam təkcə London polisinin Oven Gones hadisəsinə yanaşmasında deyil.  Qeyri-adilik, həm də, amerikaninsesi.org, turan.az, osmanqızı.tv-nin beynəlxalq səviyyəli media insidentlərinə münasibətləridir. Sonuncular isbat etməyə çalışırlar ki, dünya mediasının problemi "demokratiya beşiyi" adlandırılan mərkəzlərin  birində-Londonda   jurnalistin ölümcül halda döyülməsi, bir həftə ərzində cinayətkarın tutulub cəzalandırılmaması   deyil.  İddia edirlər ki, "dünya mediası üçün əsas təhdid Azərbaycan hakimiyyətidir, Azərbaycanın hüquq-mühafizə orqanlarıdır". Onlar beynəlxalq ictimaiyyəti öz iddialarına  inandırmaq  üçün yeni mövzu uydurublar. Arqument olaraq   özünü jurnalist, yaratdığı "realliq.info"  saytını da KİV qurumu adlandıran İkram Rəhimovun məhkəmə işini göstərirlər.  Şəbəkənin mərkəzi fiqurları olan bu 3-lük ( amerikaninsesi.org, turan.az, osmanqızı.tv) və ətraflarında olanlar az qala hər gün müxtəlif dillərdə informasiya yayaraq "baş redaktor İkram Rəhimovun haqsız yerə  həbs edildiyini, tutularkən hüquqlarının pozulduğunu, barəsində çıxarılan  məhkəmə hökmünün ədalətsiz olduğunu" iddia edir, həm yerli, həm də beynəlxalq  rəyi çaşdırır, bu yolla özlərinin qapalı saxladıqları maraqlarını təmin etməyə çalışırlar. Onlar informasiya manipulyasiyası üzrə  texnologiyaları  gözəl bilirlər, maxinasiyaları kamil şəkildə mənimsəyiblər,  öz işlərini  uyğun qururlar, nə yazıq ki, bəzən məqsədlərinə çatırlar da.    

Yalançı arqumentlər üzərində qurduqları materialları  ingilis, rus və başqa dillərə çevirərək beynəlxalq hüquq-müdafiə təşkilatlarına ünvanlı şəkildə göndərir, onların diqqətini çəkir, yekunda Azərbaycan əleyhinə bəyanatlar səsləndirilməsinə nail olurlar.

İki gün öncə  amerikaninsesi.org xəbər yaydı ki, İkram Rəhimov  ilkin məhkəmə instansiyasının qərarından narazı olduğu üçün aclıq edir. O, işinə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.  Bundan bir müddət öncə isə osmanqızı.tv İkram Rəhimov barədə reportaj yaymış, onun hüquqlarının pozulduğunu bildirmişdi. Turan.az isə xəbər yaydı ki, Beynəlxalq  Qırmızı Xaç Komitəsinin nümayəndələri İ.Rəhimova baş çəkiblər ...və sair.   Nə qədər operativ, sistemli, muncuq kimi düzülmüş bir proses getdiyinin fərqindəsinizmi? Sanki dünyanın diqqəti Londonda, Berlində, Brüsseldə deyil, Bakıda, Azərbaycan üzərində cəmləşib kimi bir təəssürat yaradılır, digər beynəlxalq təşkilatların da bənzər addımlar atması üçün zəmin yaradılır. Artıq Sevinc Osmanqızının yönləndirməsi ilə  Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyanatla çıxış edərək "siyasi səbəblər üzündən həbs edilmiş" İkram Rəhimov və Polad Aslanovun dərhal azadlığa buraxılmasını tələb edib! (https://www.amerikaninsesi.org/a/i%CC%87kram-r%C9%99himov-m%C9%99hk%C9%99m%C9%99-hey%C9%99tin%C9%99-etiraz-edib/5050840.html?ltflags=mailer).

Bəs görəsən, həmin təşkilatlara İkram Rəhimovun kimliyi barədə düzgün, detallı bilgi verilibmi? Əminəm ki, yox.

İkram Rəhimov imzası Azərbaycan media məkanında  "reket jurnalist"  insidenti ilə tanınıb.

Barəsində çox yazılıb, əməlləri bəllidir. Mən də yazmışam.  Bu linklərdə daha geniş bilgi var ( https://news.milli.az/society/698508.html?fbclid=IwAR0XdujKa4fMUaf1KoMY3Wvogndm_lo3thF32-HVfIgAF8Wlb7nlHBEDQao) . İndiki məqsədim İkram Rəhimovu yenidən tanıtmaq deyil. Hədəfim İkram mövzusunu süni şəkildə qabardan, "reket jurnalist" fəaliyyətini stimullaşdıran, bunlardan  faydalanıb  Azərbaycan üzərinə hücumlar təşkil edən,  ölkəmizin adını rüsvayçı siyahılarda görəmək istəyən, ölkəmizdə yeni, təhlükəli tendensiyaların əsasını qoyan şəbəkədir.

İkram Rəhimovu bataqlığa sürükləyənlər

Onların mahiyyətini açmaq üçün İkram Rəhimovun fəaliyyət tarixindən bəzi detallara təkrarən toxunmaq lazım gəlir. 2017-ci ilin avqust ayında Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi adından  MŞ-yə şikayət ərizəsi daxil oldu.  Şikayətdə  "Reallıq.info" xəbər portallarının bu müəssisə barədə qərəzli informasiyalar yaydığı ı bildirilirdi. Şikayət ərizəsində iddia olunurdu ki, portal təmsilçiləri yayılan materialların dayandırılması qarşılığında onlardan  külli miqdirda vəsait istəyirlər. Məsələnin bu tərəfi ilə işimiz yox: biz hüquq -mühafizə orqanı deyilik, "rüşvət" məsələsini isbat etmək üçün nə mexanizmimiz, nə də səlahiyyətimiz yoxdur. Mətbuat  Şurası daxil olan  şikayətlərə yazılmış yazılar və onların peşə kodeksinə uyğunluğuna görə qiymət verir. Baxdıq, materiallar birtərəfli, qarşı tərəfin rəyi olmadan, isbatlanmamış rəqəmlər üzərində  hazırlanmış və  yayılmışdı. Bu yazıların əksəriyyəti İkramın facebook səhifəsində də var. İstəyənlər daxil olub oxuya və onları peşəkarlıq müstəvisində dəyərləndirə bilərlər. Yazılarda Azərbaycan Jurnalistlərinin Peşə davranışı Qaydalarının bütün prinsipləri pozulub. Reallıq.info-ya  xəbərdarlıq etdik, fəaliyyətində dönüş yaratmalarını tövsiyyə etdik.  Adam nəticə çıxarmadı, əksinə, səhvlərini davam etdirdi, daha "intensiv" işlədi, daha kobud səhvlər törətdi, şikayətlər çoxaldı.