Ukraynada avtomobil körpüsü uçdu


Dünya 25 Avq 2019 17:29:00 200 0

Ukraynada avtomobil körpüsü uçdu

Ukraynanın Xarkov şəhərində avtomobil körpüsünün bir hissəsi uçub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Losk" bazarı yaxınlığında qeydə alınan hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda həmin yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Körpüdə təmir-bərpa işləri aparılır.