Möhtəşəm mənzərələrə sahib ŞƏLALƏLƏR FOTO


Digərləri 25 Avq 2019 16:37:00 360 0

Möhtəşəm mənzərələrə sahib ŞƏLALƏLƏR  FOTO

Şəlalələr ana təbiətin bizə təqdim etdiyi möhtəşəm mənzərələrdən biridir. Təbiət aşiqləri şəlalə görmək üçün kilometrlərlə yol gedir, bu mənzərələrin şahidi olmaq üçün şəhərlər dolaşırlar.

Son.az dünyada minlərlə turistin və təbiət aşiqinin diqqətini çəkən ən gözəl şəlalələri təqdim edir.

Amerika və Kanada sərhədi arasında yerləşən, dünyanın ən çox turist qəbul edən şəlalələrindən olan Niaqara. Bu şəlalə "Horseshoe", "American Falls" və "Bridal Veils" adlı 3 şəlalədən ibarətdir.

Hindistanın ən hündür şəlalələrindən biri olan Yoq. Şaravathi çayının 253 metr yüksəklikdən aşağı tökülməsi nəticəsində yaranıb. Yağışlı mövsümlərdən öncə bir neçə incə su sızıntısında ibarət olan şəlalə musson yağışları başlayanda möhtəşəm bir su axıntısına çevrilir.

Amerikanın Yosemite Milli Parkının ərazisində yerləşən və 739 metr yüksəkliyə malik, dünyanın ən hündür 5-ci şəlaləsi Yosemite. İldə bir dəfə qırmızı rəngə boyanan bu şəlalə od və ya lava şəlaləsi kimi də tanınır.

Cənubi Koreyanın Yeyu adasında yerləşən Çeonciyeon şəlaləsi 22 metr hündürlükdə və 12 metr enindədir. Dərinliyi isə 20 metrdir. "Göyün yerlə birləşməsi" mənasını verən bu şəlalənin altında yerləşən kiçik göldə Koi adlə rəngli balıqlar yaşayır.

"Qızıl şəlalə" mənasını verən Gullfoss İslandiyada Ağ çayın üzərində yerləşən iki qatlı və 32 metr hündürlüyündədir. Daimi yağışlar və əriyən buzlaqlar səbəbilə yay mövsümündə Avropanın ən böyük şəlaləsi olur.

(adsgarden = window.adsgarden || []).push({});