Məşhur kinorejissorun İNTİHARI


Kriminal 25 Avq 2019 15:47:00 42 0

Məşhur kinorejissorun İNTİHARI

Son.az Modern.az-a istinadən Lətif Səfərov haqda yazını təqdim edir... Gecənin bağrını ov tüfəngindən sinəyə tuşlanan atəş yarır. Son anda gözləri qarşısında Şuşa və onun dar dolanbacları ilə qaçan, filmə çəkildiyi üçün ayağı yerə dəymədən qanadlanan yeddi yaşlı oğlan canlanır. Bu görüntü gözlərində filmin son kadrı kimi qalır və göz qapaqları qapanır. Ondan sonra nə olacaq, daha nə onun özünə, nə də başqa kimsəyə maraqlı idi. Altı yaşlı oğlu, xanımı, güllə səsini eşidib gələn qonşular nə deyəcək, kim necə olacaq, eyninə deyildi. Zatən, bütün bu yüklərdən özünü bir atəşlə xilas etmişdi.

Bəzən insan həyatın dolanbaclarında təntiyəndə düşünür ki, bəlkə həyatımı başqa cür qursaydım, məsələn, bu sənəti seçməsəydim, bu adamla evlənməsəydim, yaxud bu ölkədə yaşamasaydım hər şey başqa cür olardı... Özünü günahlandırırsan, amma heç düşünmürsən ki, harda, necə yaşamağından asılı olmayaraq hansı taleyi yaşamalı idinsə, onu da yaşayacaqsan. Hərdən düşünürsən ki, taleyini insanın xarakteri müəyyən edir, ağlına da gəlmir ki, xarakterin də sənin taleyinə düşəndir axı. Qəhrəmanım da 47 illik qısa ömründə dəfələrlə düşünmüşdü ki, bəlkə də o vaxt Şuşada kinematoqrafçılar qarşısına çıxıb onu kinoya çəkməsəydilər, hər şey başqa cür olardı. "Bəlkə həkim olardım, yaxud müəllim"-deyirdi. Sonra da özünə təskinlik verirdi: mən ona görə kinematoqrafiyaya vuruldum ki, o sənətdə hər sənətdən var, hər bir peşə adamının həyatını ekranda yarada bilərəm.

Ulduz uşaq

Lətif Səfərovdan danışırıq. Kinorejissor, indiki Kinematoqrafçılar İttifaqının yaradıcısı, ilk rəhbəri, onlarla sənədli, "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" bədii filmlərinin rejissoru...

1920-ci ilin bir payız günündə Şuşada dünyaya göz açan Lətif Bəşir oğlu Səfərov taleyinin diktəsi ilə hələ yeddi yaşında ikən kinoda ilk addımlarını atmışdı.

"Azərbaycanfilm" "Tuncay" filmini Qarabağın dilbər guşəsi Şuşada ekranlaşdırırdı. Filmdə əsas rolu oynayacaq balacanı da Qala uşaqlarından seçmişdilər. Yüzlərlə uşağın içində balaca, çəlimsiz, iri qara gözləri olan Lətifə üstünlük verdilər. Çəlimsiz olsa da iri iti, diri baxışlar, çeviklik kinematoqrafçıları cəlb etmişdi. Onun kinoya hədsiz marağı da qeyd edilməlidir. Uşağın kinonu ən xırda detallarına qədər öyrənmək marağı onun oynayacağı rolun da öhdəsindən gələcəyini xəbər verirdi.

Film "Gilan qızı" adıyla ekranlara çıxandan sonra bu balaca oğlanı artıq Azərbaycanda hamı tanıyır. Şuşa camaatı ona yer adamı kimi baxmır, məktəbdə müəllimlər, sinif yoldaşları onu az qala əllərinin içində göylərə qaldırıb gəzdirirlər.

Sonradan o bu illəri xatırlayıb yazırdı: "7 yaşım var idi. "Gilan qızı" filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş Azərbaycan kinematoqrafiyası işçilərini dağın zirvəsində yerləşən şəhərin nağılvarı mənzərəsi heyran etmişdi... Hər şey elə bundan başlandı... Əgər onlar mənim şəhərimə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim... 

10-cu sinfi bitirmiş gənci maraqlandıra biləcək çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyələnmiş kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm..."

Taleyin işinə bax ki, yeddi yaşında uşağın həyat yolu müəyyən olunur. O, özünü kinematoqrafiyadan ayrı təsəvvür belə edə bilmir.

Atası Bəşir dövrünün oxumuş ziyalılarından idi. Vəzifə sahibi olmuşdu. Elə vəzifədə olması da onunla həyat yoldaşı, yəni Lətifin anası Maya arasında uçurum yaradırdı. Ona görə də ata onu və balaca bacısını anasının himayəsində qoyub özünə "layiq" bir xanımla ailə qurmuşdu. Dörd yaşında ikən artıq ata üzünə həsrət qalan Lətifin qarşısında indi onu və ailəsini bütün çətinliklərdən qurtara biləcək bir yol açılırdı. Anası isə oğlunu gözündən uzağa qoymağa ürək eləmirdi. Bəlkə ana ürəyi duymuşdu ki, oğlunu qarşıda hamar, rahat yol gözləmir. Bəlkə onun vaxtsız faciəli ölümünü də ana ürəyi fəhm edərdi, amma hələlik gözlərini oğlunun ilk, cəlbedici uğuru qamaşdırırdı.

Çəkildiyi ilk filmin rejissoru Leo Mur, operatoru İvan Frolov, görkəmli aktyor Sidqi Ruhulla ondan əl çəkmək fikrində deyildilər. Nəhayət, onu özləriylə Bakıya aparmaq üçün anası Mayanı yarıxoş, yarızor razı saldılar.

Tez bir zamanda balaca Lətif rejissor Mikayıl Mikayılovun qayğıkeşliyi sayəsində kinostudiyanın aktyor ştatına işə götürüldü. Lətif günün birinci yarısını internat məktəbdə oxuyur, dərslərini qurtaran kimi işə tələsirdi. Studiyada çalışanlar balaca aktyora məhəbbətlə, nəvazişlə yanaşırdı. Uşaq heç gözləmədiyi ulduz həyatı yaşayırdı.

1928-ci ildə "Sevil" filminin çəkilişi başlayanda Gündüz roluna aktyor axtarmağa ehtiyac olmadı. Cəfər Cabbarlının tövsiyəsi ilə bu iş Lətifə həvalə edildi. Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorlarla bir sırada kamera qarşısında dayanmaq həm məsuliyyət, həm də şərəf idi.

Ardınca Mikayıl Mikayılov "Lətif" filmində onu baş rola çəkir. Lətif "Lətif"lə daha da məşhurlaşdı.

İlk məyusluqdan doğan stress

Artıq yeniyetməlikdən gəncliyə addım atmaqda olan Lətifin həyatında bu uğurdan sonra uğursuz qara zolaq başlayır. Balaca yaşında zirvəyə qədəm qoyan oğlan birdən-birə ordan aşağı yuvarlanmağa başlayır. Nədənsə daha onu filmə çəkmirlər, uşaq rollarını artıq başqa uşaqlar oynayır, onu öz yaşına uyğun rolda heç kim görmür, diqqətdən tamam kənarda qalır.

Növbəti iki film - "Şərqə yol" və "Qızıl kol" zəif alınır. Lətif stressdən ağır xəstələnir. Səhhətiylə əlaqədar ona işləməyi qadağan edirlər. Təhsilinə də fasilə vermək məcburiyyətində qalır. Balaca aktyor ruhi-mənəvi sarsıntı keçirir. Bir-birinin dalınca gələn uğursuzluqlardan aldığı zərbələr xeyli vaxt ona baş qaldırmağa imkan vermir. Zərbə ardınca zərbə gəlir.

Bu vaxt ərzində anası bir nəfərə ərə gedir və qızını da götürüb Bərdəyə köçür. Lətif bir müddət anasının yanında yaşayır. 1935-ci ildə yenidən Bakıya dönür. İş yerinə qayıdır, təhsilini davam etdirir, amma yenə onu filmə çəkmirlər.

Nəhayət, qərar verir ki, çəkilməsə də kinodan ayrılmasın, kamera qarşısında deyil, arxasında olsa da kinoda çalışacaq. Lətif rejissor köməkçisi və assistenti, aktyor kimi yenicə fəaliyyətə başlayan dublyaj şöbəsində "Çapayev", "Lenin oktyabrda", "Biz Kronştatdanıq", "Lenin 1918-ci ildə" və başqa məşhur sovet filmlərinin səsləndirilməsində iştirak edir, böyük məktəb keçir. Azərbaycan kinematoqrafiyasının formalaşmasında və inkişafında əməyi olan insanlarla - Səməd Mərdanov, Rza Təhmasib, Əlisəttar Atakişiyev, Sidqi Ruhulla, Rza Əfqanlı, Mustafa Mərdanov, Ələsgər Ələkbərov və başqalarıyla çiyin-çiyinə çalışmaq ona çox şey öyrədir. Lətif yavaş-yavaş rejissor sənətinə meylləndiyini duyur. 

16 yaşında komsomol sıralarına keçdikdən sonra, imtahan verib Gəncə Pedaqoji Texnikumunun qiyabi şöbəsinə qəbul olunsa da, gələcəkdə taleyini müəllimliyə bağlamayacağını bilirdi.

"Xalq düşməni"nin atasız oğlu

Belə bir vaxtda atası Bəşir repressiya qurbanı olur. Ona əksinqilabçı damğası yapışdırırlar. İndi Lətif ona atalıq etməmiş adama görə də zərbələrə dözməli idi, "xalq düşməni"nin oğluydu axı.

Bu barədə özü yazmışdı: "...Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Müstəqil həyatımı küçədən başladım. Onda yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu...".

Atası sürgündən sağ qayıdır. Görüşürlər. Bu təsirli səhnə Lətifin xatirələrindən yan keçməyib: "...Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi... O, vəfat etdi..."

AzTVnin tanınmış aparıcısı elçilik etdi like
  • 25 Avq 15:33  
Digərləri AzTVnin tanınmış aparıcısı elçilik etdi

AzTV-nin tanınmış aparıcısı, əməkdar artist Dilarə Səlimova yaxınlar

arrow Ətraflı
AzTVnin tanınmış aparıcısı elçilik etdi like
  • 25 Avq 15:33  
Digərləri AzTVnin tanınmış aparıcısı elçilik etdi

AzTV-nin tanınmış aparıcısı, əməkdar artist Dilarə Səlimova yaxınlar

arrow Ətraflı
AzTVnin tanınmış aparıcısı elçilik etdi like
  • 25 Avq 15:33  
Digərləri AzTVnin tanınmış aparıcısı elçilik etdi

AzTV-nin tanınmış aparıcısı, əməkdar artist Dilarə Səlimova yaxınlar

arrow Ətraflı
AzTVnin tanınmış aparıcısı elçilik etdi like
  • 25 Avq 15:33  
Digərləri AzTVnin tanınmış aparıcısı elçilik etdi

AzTV-nin tanınmış aparıcısı, əməkdar artist Dilarə Səlimova yaxınlar

arrow Ətraflı
AzTVnin tanınmış aparıcısı elçilik etdi like
  • 25 Avq 15:33  
Digərləri AzTVnin tanınmış aparıcısı elçilik etdi

AzTV-nin tanınmış aparıcısı, əməkdar artist Dilarə Səlimova yaxınlar

arrow Ətraflı
AzTVnin tanınmış aparıcısı elçilik etdi like
  • 25 Avq 15:33  
Digərləri AzTVnin tanınmış aparıcısı elçilik etdi

AzTV-nin tanınmış aparıcısı, əməkdar artist Dilarə Səlimova yaxınlar

arrow Ətraflı
Ebru Gündeşə 3,5 milyonluq təklif like
  • 25 Avq 15:26  
Digərləri Ebru Gündeşə 3,5 milyonluq təklif

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş iyul ayında "Harbiye Aç

arrow Ətraflı
"Qarabağ bizim qanımızı içmək istəyəcək” – Linfield-in baş məşqçisi like
  • 25 Avq 15:21  
İdman "Qarabağ bizim qanımızı içmək istəyəcək” – Linfield-in baş məşqçisi

Goal.az xəbər verir ki, bu haqda Şimali İrlandiyanın “Belfast live&rd

arrow Ətraflı
Sumqayıtda yanan şadlıq evindən çıxarılan bəy və gəlindən YENİ XƏBƏR like
  • 25 Avq 15:18  
Digərləri Sumqayıtda yanan şadlıq evindən çıxarılan bəy və gəlindən YENİ XƏBƏR

Ötən gecə Sumqayıt şəhəri Niyazi küçəsində yerləşən "Nur"

arrow Ətraflı
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir?  SİYAHI like
  • 25 Avq 15:11  
Digərləri Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? SİYAHI

Azərbaycan polipropilen və polietileni əsasən Türkiyə, Rusiya, Ukrayna, Be

arrow Ətraflı
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI like
  • 25 Avq 15:05  
Digərləri Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI

Azərbaycan polipropilen və polietileni əsasən Türkiyə, Rusiya, Ukrayna, Be

arrow Ətraflı
“Böyük yeddilik” İranla bağlı qərar verdi like
  • 25 Avq 15:04  
Dünya “Böyük yeddilik” İranla bağlı qərar verdi

Fransanın Biarrits şəhərində keçirilən görüşdə "Böyük yeddilik

arrow Ətraflı
Ən təhlükəli qan qrupu açıqlandı like
  • 25 Avq 14:50  
Digərləri Ən təhlükəli qan qrupu açıqlandı

Harvard Universitetinin alimləri mənfi rezuslu IV qan qrupunun (AB (IV) Rh-)

arrow Ətraflı
"Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır like
  • 25 Avq 14:47  
Digərləri "Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır

İngiltərənin "Arsenal" futbol klubunun müdafiəçisi Naço Monreal İspaniya

arrow Ətraflı
ABŞ Avropanı şantaj edir: like
  • 25 Avq 14:43  
Dünya ABŞ Avropanı şantaj edir:

Avropa ABŞ və Rusiya arasında savaşın meydanına çevrilir.

arrow Ətraflı