"Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır


Digərləri 25 Avq 2019 14:47:00 209 0

"Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır

İngiltərənin "Arsenal" futbol klubunun müdafiəçisi Naço Monreal İspaniyanın "Real Sosyedad" klubuna keçməyə yaxındır

Bakı. İngiltərənin "Arsenal" futbol klubunun müdafiəçisi Naço Monreal İspaniyanın "Real Sosyedad" klubuna keçməyə yaxındır. Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, 33-yaşlı müdafiəçinin nümayəndələri artıq İspaniya klubu ilə danışıqlar aparırlar. Bildirilir ki, futbolçunun "Real Sosyedad" ilə müqaviləsi 2 il müddətinə nəzərdə tutulacaq.