İsmayıllıda yas mərasimində ev uçub,


Digərləri 25 Avq 2019 13:47:00 201 0

İsmayıllıda yas mərasimində ev uçub,

İsmayıllı rayonunda ev uçub. 

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son.az