Meksikada daha bir jurnalist öldürüldü


Dünya 25 Avq 2019 12:44:00 262 0

Meksikada daha bir jurnalist öldürüldü

Meksikada "Observatorio del Sur" xəbər portalına başçılıq edən jurnalist  Nevita Kondes Haramilyo ölü vəziyyətdə tapılıb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, mərhumun Tehupilko rayonunda aşkar olunan cansız bədənində bir neçə deşilmiş yara olub.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdıramalara başlayıb. 

Xatırladaq ki, iyulun 31-də Meksikanın Morelos ştatında "Guerrero al Instante" saytının rəhbəri Rohelio Barraqan ölü vəziyyətdə tapılmışdı. Onun cansız bədəni avtomobilinin yük hissəsində aşkar olunmuşdu.