Kraliçadan şikayət: Tramp qazonumu məhv etdi


Dünya 25 Avq 2019 12:37:00 202 0

Kraliçadan şikayət: Tramp qazonumu məhv etdi

Böyük Britaniya kraliçası II Yelizaveta Avstraliya Baş naziri Skott Morrisona ABŞ Prezidenti Donald Trampdan şikayət edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, kraliça Skott Morrisona deyib ki, Trampın helikopteri Bukingem sarayının qarşısındakı qazonu məhv edib.

"Mənim qazonuna baxın. O, tamam korlanıb", - kraliça Morrisonla söhbətində deyib.

Qeyd edək ki, iyunun əvvəlində ABŞ Prezidenti Donald Tramp Britaniyaya səfər etmişdi. Səfər zamanı Trampın helikopteri Bukingem sarayı qarşısına gün ərzində iki dəfə enməyə məcbur olmuşdu.