Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib


Digərləri 25 Avq 2019 11:23:00 181 0

Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər

Bakı. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir. Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.