Məşhur teleaparıcı kraliça II Yelizavetaya baxıb arıqladı


Digərləri 25 Avq 2019 11:14:00 259 0

Məşhur teleaparıcı kraliça II Yelizavetaya baxıb arıqladı

Məşhur teleaparıcı və jurnalist Ceremi Klarkson Böyük Britaniya kraliçası II Yelizavetanın pəhrizi ilə arıqladığını deyib, Sputnik Azərbaycan məlumat verir. 

Son.az bildirir ki, qabaqlar siqaret və zərərli qida düşkünü olan Klarkson bir gün həyat tərzini dəyişmək qərarına gəlib. Teleaparıcı bildirib ki, bunun üçün "kral yanaşmasından" istifadə edib. Onun sözlərinə görə, II Yelizaveta idman zalına getmir, pəhrizi isə qidanın kiçik porsiyalarla qəbul edilməsindən ibarətdir.

"Bu gün lançda salat yeyib, su içmişəm, - deyən Klarkson bildirib ki, Böyük Britaniya kraliçasının 93 yaşı var və özünü əla hiss edir. - Eşitmişəm ki, o, az-az yeyir. Adətən, bir qədər muss, bir qədər də kahı yeyir".

Jurnalist həmçinin etiraf edib ki, daha pivə içmir. Çünki, onun sözlərinə görə, pivə artıq kişi içkisi olmaqdan çıxıb. Ancaq hərdənbir oynaq roze (çəhrayı şərab) içməkdən vaz keçmir.

(adsgarden = window.adsgarden || []).push({});