Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib


Digərləri 25 Avq 2019 10:53:26 248 0

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib. Əlavə məlumat veriləcək.