Bu, ABŞı dünya hegemonluğundan məhrum edəcək


Dünya 25 Avq 2019 10:42:00 210 0

Bu, ABŞı dünya hegemonluğundan məhrum edəcək

Ölkələr dollardan imtina etməyə başlayarsa, ABŞ dünya hegemonluğunun əhəmiyyətli hissəsini itirə bilər.

Son.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda "Russian Today" (RT) telekanalı ilə söhbətində Beynəlxalq Humanitar-siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter bildirib.

"Vaşinqton üçün dünya valyutası kimi dollardan istifadə etmək imkanı əsas xarici iqtisadi və xarici siyasət lingidir. Amerikalılar bu lingi itirərək dünya hegemonluğunun əhəmiyyətli hissəsini və dünya proseslərinə təsir etmək imkanını itirəcəklər. Onlar indi Çin, Rusiya və Fransaya təzyiq göstərməyə çalışırlar. Və əgər onlar ticarətdə dolları seçəcəklərsə, Vaşinqtona qulaq asmayacaqlar", - Bruter deyib.

Ancaq, ekspert vurğulayıb ki, dollar bu gün dünya ticarətinin əhəmiyyətli hissəsidir və hesablamalarda bu valyutadan imtina ticarətin yoxluğunu bildirərdi. O əlavə edib ki, kriptovalyutadan istifadə üçün dünya ölkələrinin ümumi mövqeyi lazımdır.