Moskva aeroportlarında nə baş verir?


Dünya 25 Avq 2019 10:30:00 228 0

Moskva aeroportlarında nə baş verir?

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 30-dan artıq reys təxirə salınıb və ya gecikir.

Son.az Trend-ə istinadən bildirir ki, saat 08:36 üçün "Vnukovo" hava limanında 1 reys gecikir, "Domodedovo" hava limanında isə 27 reys gecikir, 4 reys təxirə salınıb.

Bildirilir ki, "Jukovski" və "Şeremetyevo" hava limanlarında gecikən və təxirə salınan reys yoxdur.

Aviareyslərin gecikməsinin və təxirə salınmasının səbəbi barədə məlumat verilmir.