Azərbaycan və Rusiya birgə turizm layihələrinin inkişafı variantlarını öyrənirlər


Digərləri 25 Avq 2019 09:00:00 175 0

Azərbaycan və Rusiya birgə turizm layihələrinin inkişafı variantlarını öyrənirlər

Azərbaycan Dövlət Turizm Agentliyi ortaq turizm layihələrinin həyata keçirilməsi ilə bağlı rusiyalı tərəfdaşlarla danışıqları davam etdirir

Bakı. Mətanət Nəsibova - Azərbaycan Dövlət Turizm Agentliyi ortaq turizm layihələrinin həyata keçirilməsi ilə bağlı rusiyalı tərəfdaşlarla danışıqları davam etdirir. Bu barədə Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Quluzadə məlumat verib. Onun sözlərinə görə, Tərəflər Şimali Qafqaz istiqamətində birgə pilot layihələr yaratmaq üçün mümkün variantları nəzərdən keçirirlər: "Hazırda tərəflər qarşıdan gələn ilin sonuna qədər başlaya biləcək birgə layihələrin təfərrüatlarını müzakirə edirlər. Hər iki tərəf, xüsusilə bu günə qədər istifadə edilməmiş böyük potensialı nəzərə alaraq turizm sahəsində sıx əməkdaşlıqda maraqlıdır. Layihələr Azərbaycan və Rusiya arasındakı yeni turizmin marşrutların yaradılmasına, həmçinin kurort və sanatoriya istiqamətinin inkişafına yönəlib".