Everestdə birdəfəlik plastik qablaşdırmadan istifadəyə qadağa qoyulacaq


Digərləri 25 Avq 2019 06:30:00 231 0

Everestdə birdəfəlik plastik qablaşdırmadan istifadəyə qadağa qoyulacaq

Nepalın hakimiyyət orqanları dünyanın ən hündür dağında zibilin yığılmasından yaxa qurtarmağa çalışırlar.

Yeni qadağa Everestin yerləşdiyi Khumbu-Pasanq-Lhamu bələdiyyəsində qalınlığı azı 30 mikron olan plastik kütləyə, həmçinin plastik butulkalardakı içkilərə aid ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qanun yanvar ayında qüvvəyə minəcək.

"Əgər biz indi başlasaq, o zaman bu, uzunmüddətli perspektivdə regionumuzu, Everesti və digər dağların təmizliyini qoruyub saxlamağa kömək edəcək", - deyə yerli məmur Qaneş Qimire qanun layihəsini şərh edib.

Yerli orqanlar qadağaya riayətin təmin olunmasından ötrü səyahətlə məşğul olan şirkətlərlə, Nepal Alpinizm Assosiasiyası və aviaşirkətlərlə əməkdaşlıq edəcəklər. Hələ ki, qayda pozuntusuna görə heç bir cəza müəyyən edilməyib.

(adsgarden = window.adsgarden || []).push({});