Audi ilin sonuna kimi altı yeni RS modelini təqdim edəcək FOTO


Digərləri 24 Avq 2019 23:58:00 126 0

Audi ilin sonuna kimi altı yeni RS modelini təqdim edəcək  FOTO

Audi şirkəti ilin sonuna qədər RS indeksinə malik olan altı yeni modeli nümayiş etdirəcəkdir. Onlardan bir neçəsi bir aydan sonra fəaliyyətə başlayacaq Frankfurt avtosalonunda geniş kütlə qarşısına çıxacaqdır.

Fotocəsusların çəkdikləri şəkillərə istinad etsək, bu modellərdən ikisinin Q3 ailəsinə aid olduğunu söyləmək olar. Yaxın zamanlarda Audi RS Q3 və RS Q3 Sportback modellərinin debütü gözlənilir. Hər iki krossover 400 at qüvvəsinə malik olan 2,5-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, digər cütlük, Audi RS6 Avant və RS7 Sportback modelləridir. Bu iki "bərkgedən" modelin 600 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərrikinə sahib olacağı söylənilir. Lakin,  bu modellərin 700 at qüvvəli hibrid versiyasının hazırlandığı barədə söz-söhbətlər dolaşmaqdadır.

Çox güman ki, RS ailəsinin yeni bayraqdarı RS Q8 krossoveri olacaqdır. Böyük ehtimalla, bu krossover də RS6/RS7 modelləri ilə eyni güc aqreqatına sahib olacaqdırlar.

(adsgarden = window.adsgarden || []).push({});