Dəməşqin səmasında partlayışlar qeydə alınıb


Digərləri 25 Avq 2019 02:42:09 200 0

Dəməşqin səmasında partlayışlar qeydə alınıb

İsrail hərbçiləri İranın hərbi qüvvələrinin Suriyadakı obyektlərinə hücum edib

Bakı. İsrail hərbçiləri İranın hərbi qüvvələrinin Suriyadakı obyektlərinə hücum edib. Trend-in məlumatına görə, İsrail hərbi təyyarələri Dəməşqdən cənub-şərqdə “bir sıra terrorçu hədəfləri” – İranın “Əl-Kuds” birləşmələrinin və Akraba kəndində şiə dəstələrinin obyektlərini məhv edib. Bildirilir ki, İranın kamikadze PUA-lar vasitəsilə İsrailin şimalında hücum həyata keçirməsinə imkan verilməyib. Bununla yanaşı, onlar İran qüvvələrinin şəxsi tərkibi arasında itkilərin ola biləcəyini qeyd edir.