Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub


Digərləri 25 Avq 2019 01:11:39 205 0

Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub

Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında Azərbaycanla əlaqədar daha bir qərar verilib

Bakı. Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında Azərbaycanla əlaqədar daha bir qərar verilib. AGF-dən Trend-ə daxil olan məlumata görə, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva FIG tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub. Qeyd edək ki, M. Vasileva 2008-ci ildən Azərbaycan millisinin Baş məşqçisi vəzifəsində çalışır. Onun rəhbərliyi altında bədii gimnastlarımız bir çox irimiqyaslı beynəlxalq yarışlarda medallar qazanaraq, dünya arenasında ölkəmizi layiqincə təmsil etmişlər.