Bentley itmiş Corniche prototipini bərpa edib FOTO


Digərləri 24 Avq 2019 23:30:00 221 0

Bentley itmiş Corniche prototipini bərpa edib  FOTO

Bentley şirkətinin Mulliner bölməsi İkinci dünya müharibəsi zamanı itirilmiş Cotniche sedanının yenidən yaradılmasını başa vurub. Bentley Corniche adlı prototip 1939-cu ildə Mark V modelinin aqreqatlarında inşa edilib və Parisdə yerləşən Carrosserie Vanvooren atelyesinin kuzovuna sahib olub. Bu prototip gələcək MkV modelinin idman versiyası olmalı idi.

Corniche prototipinin inşa ideyasına təkan verən, yunan pilot Andre Embirikosun Bentley 4 ½ şassisində inşa edilmiş və düralüminiumdan hazırlanmış axıcı kuzova malik olan avtomobili sifariş etməsi olub. Yeganə nüsxədə inşa edilən avtomobildən ilhamlanan marka rəhbərliyi, debütü gözlənilən MkV modelinin də bənzər idman versiyasının olmasına qərar verib. 1939-cu ilin may ayında belə bir prototip hazır olub.

Son.az autograph.az-a istinadən bildirir ki, Corniche modeli nazik poladdan hazırlanmış yüngülləşdirilmiş şassidə inşa edilib və MkV modelinin gücləndirilmiş mühərriki və yeni ötürmələr qutusu ilə təchiz edilib. Sportkarın kuzovunu isə, fransız Carrosserie Vanvooren kuzov atelyesi hazırlayıb.

İti formalar yeni dəbə mindiyinə görə, sportkar öz zamanı üçün çox futuristik görkəmə sahib olub. Aerodinamikanı yaxşılaşdırmaq məqsədi ilə, mühəndislər Bentley üçün ənənəvi olan iri şaquli radiator barmaqlığından belə imtina ediblər.

Avtomobil hazır olandan dərhal sonra, onu Bruklendsdəki oval trekdə sınaqdan çıxarıblar. Corniche trekdə 161 km/saat həddinə qədər sürətlənib. Qeyd etmək lazımdır ki, adi sedan üçün bu imkansız idi. 1939-cu ilin iyulunda Corniche Fransaya yol testlərinə göndərilib və orada avtobusla toqquşma zamanı xəsarət alıb. Bundan sonra avtomobil Vanvooren atelyesində təmir edilib.

Lakin, sedanın Bentley şirkətinin mənzil-qərargahına aparılması zamanı, sürücü idarəetməni itirib və avtomobili ağaca vuraraq aşırıb. Kuzovu yenidən sökərək Vanvooren atelyesinə bərpa üçün göndərməli olublar. Hazır edilmiş kuzov Dyepp şəhərinin limanı və doklarının bombalanması zamanı tamamilə məhv edilib.

(adsgarden = window.adsgarden || []).push({});