Yeni nəsil Genesis G80 modelinin prototipi Nürburqrinqdə yaxalanıb FOTO


Digərləri 24 Avq 2019 22:30:00 227 0

Yeni nəsil Genesis G80 modelinin prototipi Nürburqrinqdə yaxalanıb  FOTO

Genesis şirkəti G80 modelinin final testlərinə başlayıb. Bu günlərdə ağır kamuflyaj örtüyündən azad olmuş dəbdəbəli sedan Nürburqrinqdəki testlər zamanı fotocəsuslar tərəfindən yaxalanıb.

Son.az autograph.az-a istinadən bildirir ki, yüngül kamuflyaj örtüyünə malik olan avtomobil Genesis G90 modelinin üslubunda olan radiator barmaqlığına və ikimərtəbəli işıq texnikasına sahibdir. Doğrudur, kamuflyaj örtüyü radiator barmaqlığını və işıq texnikasını qismən örtsə də, ön hissənin əvvəlki prototiplərdə olduğundan bir qədər fərqləndiyini görmək olar. Arxa işıq texnikasına gəldikdə isə, burada da bayraqdar G90 modelinin üslubunda fənərlərin yerləşdirildiyini ehtimal etmək olar.

Genesis brendinin başçısı Manfred Fitceraldın sözlərinə görə, yeni Genesis G80 sedanı sentyabr ayında Cənubi Koreyada keçiriləcək xüsusi tədbirdə debüt edəcəkdir. Avtomobil haqqında yeganə məlum olan, onun top variantının 370 at qüvvəli 3,3-litrlik V6 biturbomühərriki ilə təchiz ediləcəyidir.

(adsgarden = window.adsgarden || []).push({});