Qadın qurban kəsə bilərmi?


Digərləri 24 Avq 2019 22:45:00 276 0

Qadın qurban kəsə bilərmi?

İslam dini qurban kəsən, ümumiyyətlə, heyvan kəsən şəxsin cinsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutmur. Dinimizə görə, əgər qadın şəriətə uyğun şəkildə heyvan kəsməyi bacarırsa, qurban kəsə bilər və onun kəsdiyi heyvanın ətindən yemək olar. Lakin həyatda qadının əksər hallarda ən uzağı ev quşlarını kəsdiyinin şahidi oluruq. Qadın yaradılış etibarilə zərifdir. O, kişi kimi qan tökməyə, zorakılığa dözümlü deyil. Bu üzdən şəriətimizdə qadın cihad vəzifəsindən azaddır. Heyvan kəsmək qadının zərif psixologiyasına mənfi təsir göstərə bilər. Buna görə, ənənədə qadının heyvan kəsməsi o qədər də müsbət qarşılanmır və təcrübədə də az rast gəlinir. Lakin bir daha təkrar edirik ki, hevan kəsmək qaydalarını bildiyi və zərurət tələb etdiyi hallarda qadının bu işi görməsi icazəlidir və qadağan deyil.

(adsgarden = window.adsgarden || []).push({});