Redmi Note 8'in dizaynı və təqdimat tarixi ortaya çıxdı


Digərləri 24 Avq 2019 22:15:00 309 0

Redmi Note 8'in dizaynı və təqdimat tarixi ortaya çıxdı

Redmi brendi Note 8 smartfon modelinin dizaynı, təqdimat və satış tarixləri barəsində olmuş məlumat sızıntılarına son qoydu. Belə ki, internetdə sözügedən smartfonun ilk rəsmi təqdimat tizeri fotoları ortaya çıxdı. Sözügedən fotolar smartfonun dizayn özəlliklərindən əlavə olaraq Note 8 Pro modelinin vacib özəlliyini də sərgilədi. Bu barədə Mydrivers.com saytı xəbər verib. Beləliklə Redmi Note 8 Pro 64 MP-lik kamera moduluna sahib olacaq ilk smartfon olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, təqdim olunmuş tizer fotosunda əks olunmuş smartfonun arxa panelində üç kamera modulunu görmək olar. Onlardan biri isə 64 MP-likdir. Məlumata əsasən 1/1.7 düym ölçüdə olan kamera sensoru smartfon üçün rekord olan 9248x6936 piksel keyfiyyətli fotoları çəkə bilir. Bununla yanaşı 4 pikselin tam 1 pikselə çevrilməsi sayəsində isə smartfon hətta yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə edilməsinə şərait yaradır.

(adsgarden = window.adsgarden || []).push({});