Hətta nəsihət verən zaman belə, həddi aşmayın


Digərləri 24 Avq 2019 21:50:00 223 0

Hətta nəsihət verən zaman belə, həddi aşmayın

İmam Səccad (ə) buyurur: "Çoxlu nəsihət bədbinliyə və töhmətə səbəb olar". (Həvzəh)

Nəsihətin başqa forması - insanın özünün ibrət götürməsidir.

İbrət götürmək barədə mübarək dinimizin buyuruşlarına diqqət edək.

İmam Əli (ə) buyurub: "Daim ibrət götürmək qəlbin bəsirətinə gətirib çıxarar və günahlardan, xətalardan çəkinməklə nəticələnər".

İmam Səccad (ə): "Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz. Əgər ibrət götürsəydi, dünyanın çətinlikləri və işləri ona asan gələrdi. Birinci müsibət - onun ömründən azalan bir gündür. Onun malından bir şey azalarsa, qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.

İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla  olsa, hesab-kitabını verəcək, haram yolla olsa, cəzasını çəkəcək.

(adsgarden = window.adsgarden || []).push({});