Tək böyrəklə necə yaşamalı? –


Digərləri 24 Avq 2019 21:32:00 236 0

Tək böyrəklə necə yaşamalı? –

Normada sağlam insanda böyrəklər cüt olmalıdır. Lakin həm anadangəlmə, həm də sonradan hər hansı səbəbdən tək böyrəyi ilə yaşayanlar var. Son zamanlar isə donorluq məqsədilə ailə üzvlərinin bir-birinə bir böyrəyini bağışladıqdan sonra bir orqanla yaşamağa məhkum olur.

Böyrəklərdən biri funksiyasını itirə də bilər, buna displaziya deyilir. Son.az medicina.az-a istinadən bir böyrəklə yaşamağın tibbi qaydalarını və risklərini təqdim edir.

Bir böyrək olmadıqda, digər orqan bütün funksiyasını üzərinə götürür və ölçüsü böyüyür. Tənha böyrək cüt oldugu haldakı ölçüsündən 40% böyük görünür.

Tək böyrəyi qalan insanlar daim diqqətli olmalı, qida, su, həyat tərzinə fikir verməlidir. Bəs hansı əlamətlərdən bu tək böyrəyin də çətinə düşdüyünü anlamaq olar?

-Üzün və yanaqların şişməsi -Sidik sayı, miqdarı və rənginin dəyişməsi, köpüklənmə -Ürəkbulanma, qusma -İştahsızlıq, dad hissinin dəyişməsi -Əl-ayaq barmaqlarının uyuşması -Yorğunluq, halsızlıq

Eləcə də bir böyrəyi olan şəxslərdə proteinuriya - sidikdə zülal çoxluğu olur. Bu da qanda zülal çatışmazlığı, toxumalarda duz və maye yığılmasını sürətləndirir.

(adsgarden = window.adsgarden || []).push({});