ABŞ və Avropada qaçqın statusu almaq çətinləşəcək


Digərləri 24 Avq 2019 21:05:00 78 0

ABŞ və Avropada qaçqın statusu almaq çətinləşəcək

Avropa ölkələrinin miqrasiya xidmətləri siyasi sığınacaq və qaçqın statusunun verilməsi ilə bağlı qaydaları bir az da sərtləşdirəcəklər.  

Bu barədə Almaniyada yaşayan tanınmış azərbaycanlı hüquq-müdafiəçisi, miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev deyib.

Son.az oxu.az-a istinadən bildirir ki, xəbər verir ki, 999 azərbaycanlı qaçqın statusu almaq üçün Almaniya hökumətinə müraciət edib. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin cari ilin ilk 6 ayına dair hesabatında belə deyilir. Məlum olub ki, sözügedən şəxslərdən 706 nəfəri status üçün birinci, 293 nəfəri isə ikinci dəfə müraciət edib.

Göstərilən dövr ərzində azərbaycanlıların qaçqın statusu almaqla bağlı müraciətləri üzrə 1400 qərar çıxarılıb. Qərarlara əsasən, altı nəfər sığınacaq, 46 nəfər isə qaçqın statusu alıb. 1326 nəfər müxtəlif formada imtina cavabı alıb, çünki sığınacaq axtaranlara ölkədə qalmağa imkan verən qayda sərtləşdirilib. Oxşar qaydalar Avropanın digər ölkələrində də qüvvədədir.

Hüquq müdafiəçisinin sözlərinə görə, azərbaycanlıların Avropaya hansı məqsədlə getdiklərini təyin etmək çətindir, çünki onlar Miqrasiya xidmətlərinə müsahibəni məxfilik şəraitində verirlər.

"Biz yalnız təşkilatımıza daxil olan müraciətlər əsasında hökm verə bilərik. Lakin qeyd etmək istəyirəm ki, miqrantların göstərdikləri səbəblərdən asılı olamayaraq, hazırda fərdin özü barədə məlumatları gizlətmək çox çətindir. Barmaq izinin götürülməsi kifayətdir ki, miqrasiya xidmətləri namizədin fərdi məlumatlarını bazadan əldə edə bilsin. Çünki yalan istənilən halda üzə çıxacaq. Avropanın düşdüyü miqrasiya böhranından sonra orada sığınacaq almaq elə də asan deyil", - ekspert qeyd edib.

Almaniya, nəhayət, miqrasiya siyasətini yenidən nəzərdən keçirib. Almaniyanın miqrantlar ölkəsinə çevrilməsi məsələsi son 25 ildə müzakirə olunur. Bundestaq bu il əmək miqrasiyası haqqında qanun qəbul edib və Almaniya qaçqınları deyil, əmək miqrantlarını qəbul edəcək ölkəyə çevriləcək. Qanun 2020-ci ilin yanvarında qüvvəyə minəcək.

Federal hakimiyyət qaçqın statusunun verilməsi şərtlərini sərtləşdirib. Artıq suriyalı qaçqınların vətənlərinə qaytarılması planlaşdırılır. Bununla yanaşı, əcnəbi mütəxəssislər üçün yerlər ayrılır.

Daha əvvəl hüquqşünas Almaniyaya getmək istəyən həmyerlilərimizə müraciət edərək qaçqın statusunu seçməməyi məsləhət görüb. Bu həm də Azərbaycanın imicini korlayır. Digər tərəfdən,  miqrasiyasını təqiblərlə əsaslandıran azərbaycanlılar özlərini müxtəlif məhdudiyyətlərə məhkum edirlər - Avropada qaçqınlar üçün düşərgələrdə (kampuslar) qalma şəraitini məqbul saymaq olmaz. Qaçqınlar arasında artan intihar halları bir daha bunu təsdiq edir.

"Düşərgələrdə uzun müddət dözülməz şəraitdə yaşamaq, psixoloji travma almaq, sonra isə radikal addım atmaq - intihar etmək üçün qaçqın statusuna görə müraciət etmək lazım deyil" , - Ə.Əliyev məsləhət görüb.

(adsgarden = window.adsgarden || []).push({});
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir? like
  • 24 Avq 21:04  
Digərləri Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?

Bu günədək "SOCAR Metanol" zavodunda 226 min tonadək metanol isteh

arrow Ətraflı
Ev şəraitində limonla hamiləlik testi like
  • 24 Avq 21:02  
Digərləri Ev şəraitində limonla hamiləlik testi

Ən təbii hamiləlik testlərindən biri sayılan bu üsuldan qədim zamanlarda

arrow Ətraflı
Vinkelmann Bugatti markasının krossover hazırladıığını təsdiq edib  FOTO like
  • 24 Avq 21:01  
Digərləri Vinkelmann Bugatti markasının krossover hazırladıığını təsdiq edib FOTO

Bugatti şirkətinin krossover hazırlamaq planlarının olduğunu və bu işə

arrow Ətraflı
Vinkelmann Bugatti markasının krossover hazırladıığını təsdiq edib  FOTO like
  • 24 Avq 21:01  
Digərləri Vinkelmann Bugatti markasının krossover hazırladıığını təsdiq edib FOTO

Bugatti şirkətinin krossover hazırlamaq planlarının olduğunu və bu işə

arrow Ətraflı
Vinkelmann Bugatti markasının krossover hazırladıığını təsdiq edib  FOTO like
  • 24 Avq 21:01  
Digərləri Vinkelmann Bugatti markasının krossover hazırladıığını təsdiq edib FOTO

Bugatti şirkətinin krossover hazırlamaq planlarının olduğunu və bu işə

arrow Ətraflı
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir? like
  • 24 Avq 21:00  
Digərləri Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?

Bu günədək “SOCAR Metanol” zavodunda 226 min tonadək metanol istehsal ol

arrow Ətraflı
Banqladeşdə qəza: azı 8 nəfər ölüb like
  • 24 Avq 20:56  
Dünya Banqladeşdə qəza: azı 8 nəfər ölüb

Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8

arrow Ətraflı
Az yeməyin bədənə və ruha gətirdiyi 10 fayda like
  • 24 Avq 20:50  
Digərləri Az yeməyin bədənə və ruha gətirdiyi 10 fayda

Az yemək və ac qalmağın həm ruha və həm də bədənə çox faydası vard

arrow Ətraflı
Allahdan qorxunun keyfiyyəti like
  • 24 Avq 20:50  
Digərləri Allahdan qorxunun keyfiyyəti

Allahdan qorxmaq təvqalıların sifətlərindən biridir. Allahdan qorxmağın

arrow Ətraflı
Moskvada məşhur otel satılır like
  • 24 Avq 20:48  
Digərləri Moskvada məşhur otel satılır

Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. Bununla bağlı aç

arrow Ətraflı
Google, Microsoft və Intel şirkətləri birləşdilər like
  • 24 Avq 20:45  
Digərləri Google, Microsoft və Intel şirkətləri birləşdilər

Google, Microsoft və Intel şirkətləri istifadəçilər barəsində narahat o

arrow Ətraflı
Əməllərimizi nələr puça çıxarır? like
  • 24 Avq 20:40  
Digərləri Əməllərimizi nələr puça çıxarır?

"Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun

arrow Ətraflı
Avropalı gənclər sahibkarlığa üstünlük verirlər like
  • 24 Avq 20:35  
Digərləri Avropalı gənclər sahibkarlığa üstünlük verirlər

Avropa İttifaqında maliyyə bazarlarının öyrənilməsi üzrə ixtisaslaşm

arrow Ətraflı
Ürəyi sağda olan şairimiz – like
  • 24 Avq 20:32  
Digərləri Ürəyi sağda olan şairimiz –

İnsan bir az aktiv hərəkət edəndə və yaxud əlini sinəsinə qoyanda ür

arrow Ətraflı
VW TCross kupe versiyasına sahib olacaq  FOTO like
  • 24 Avq 20:30  
Digərləri VW TCross kupe versiyasına sahib olacaq FOTO

Volkswagen şirkəti gələn il krossoverlər xəttini T-Cross modelinin bazası

arrow Ətraflı