Banqladeşdə qəza: azı 8 nəfər ölüb


Dünya 24 Avq 2019 20:56:00 329 0

Banqladeşdə qəza: azı 8 nəfər ölüb

Banqladeşin mərkəzində avtobusun körpüdən aşması nəticəsində azı 8 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtoqəza yerli vaxtla saat 14:30-da şəhərlərarası şossedə baş verib. Belə ki, avtobus hərəkət zolağından kənara çıxaraq maneəyə çırpılıb və dərəyə yuvarlanıb.

Bildirilir ki, avtobus aşıb və körpünün kənarındakı çəpəri də sındıraraq kanala düşüb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Yerli rəsmilərin sözlərinə görə, ölənlərin sayının artacağı istisna edilmir.