VW TCross kupe versiyasına sahib olacaq FOTO


Digərləri 24 Avq 2019 20:30:00 175 0

VW TCross kupe versiyasına sahib olacaq  FOTO

Volkswagen şirkəti gələn il krossoverlər xəttini T-Cross modelinin bazasında yaradılmış daha bir modellə genişləndirmək fikrindədir. Söhbət əlbəttə ki, bu modelin bazasında yaradılacaq kross-kupedən gedir. Bu barədə məlumatı Motor.es saytının əməkdaşları yayıb.

Son.az autograph.az-a istinadən bildirir ki, T-Cross modelinin eksteryerini arxa dayağın və dam xəttinin mailliyinin artırılması hesabına daha idman xarakterli etmək nəzərdə tutulur. Eyni zamanda, yeni kross-kupe adi krossoverdən bir qədər baha olacaqdır. Yeni model donoru kimi 1,0 və 1,5-litrlik benzin turbomühərrikləri, həmçinin 1,6-litrlik turbodizel ilə təchiz ediləcəkdir. Kross-kupe öndən çəkiş sistemi, mexaniki qutu və ya DSG "robotu" ilə təklif olunacaqdır.

Beləliklə, Volkswagen T-Cross ailəsi üç modeldən ibarət olacaqdır: adi krossover, onun Çində buraxılan uzunbazalı versiyası və kross-kupe. Kross-kupenin başqa ada malik olacağını da istisna etmək olmaz. Məsələyə aydınlıq gələn il gətirilməlidir. Hələlik isə, yeni model haqqında başqa məlumat verilməyib.

(adsgarden = window.adsgarden || []).push({});