Allahdan qorxunun keyfiyyəti


Digərləri 24 Avq 2019 20:50:00 233 0

Allahdan qorxunun keyfiyyəti

Allahdan qorxmaq təvqalıların sifətlərindən biridir. Allahdan qorxmağın iki növü vardır: biri bəyənilən qorxudur. İnsan Allahdan, Onun əzəmətindən və öz günahlarından qorxar. İkinci qorxu isə məzəmmət olunmuş qorxudur və bu qorxu təhlükəli və məhvedici qorxudur. İnsanı dəli edər. (Tebyan)

Allahdan qorxu dedikdə o nəzərdə tutulur ki, insan bilməlidir bu dünyada Malik olan Allah mövcuddur və O, Adil və Əzəmətlidir. Bizim əməllərimizə Nazirdir. Əgər bu dünyada kimsə başqasına zülm etmək istəsə, onu mütləq cəzalandırılar. Çünki: "Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir". ("Fəcr" 14).

"Biz mütləq günahkarlardan intiqam alanıq". ("Səcdə" 22).

Bəli, bu İlahi xofun həqiqi mənasıdır ki, özü də haqq və ədalət qorxusuna qayıdır. İnsan nalayiq əməllərinin nəticəsini dünya və axirətdə görür. Ona görədir ki, İmam Əli (ə) buyurur: "Sizlərdən heç kəs qorxmasın, məgər öz günahına görə".

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs bu qorxunun keyfiyyəti necədir?

İmam Əli (ə) buyurur: "Allahdan aqillər kimi qorxun ki, ürəklərini təfəkkürlə məşğul ediblər. Allah qorxusu onların bədənlərini bürümüşdür. Gecə oyaq qalmaq yuxunu gözlərindən aparmışdır. Savaba ümid edərək günün istisini susuz keçiriblər. Təvqa vasitəsilə şəhvəti öldürüblər. Allahın adı davamlı olaraq dillərini hərəkətə gətirər. Allah qorxusunu Qiyamətdən amanda qalmaq üçün qabaqcadan göndərər, haqq yoldan savayı başqa yollara göz yumar. İnsanı haqqa çatdıran ən yaxşı yolu gedərlər. Heç bir şey onları məğrur etməz, çətinliklər və şübhələr onu kor etməz. Behişt müjdəsi və rahatlıqda yaşamaq onu razı etmişdir. Ən yaxşı şəkildə dünya keçidindən keçər. Axirət azuqəsini qabaqcadan göndərər. Qiyamətin qorxusundan saleh əməl görən zaman qabaqcıldır. Həyat əyyamını Allaha itaətə tələsərək keçirər. İlahi razılığı əldə etmək üçün rəğbətlə səy göstərər, çirkinlikdən qaçar, bu gün sabahın həyatına riayət edər, indidən gələcək həyatını görər. Ona görə də behişt yaxşı əməl sahiblərinin mükafatı üçün layiqli, cəhənnəm pis əməl sahibləriin cəzası üçün münasibdir. Allah zalımdan intiqam almağa kifayət edər. Quran hüccət gətirmək və düşmənçilik etmək üçün kifayətdir".

(adsgarden = window.adsgarden || []).push({});