Yuxusuzluq gərginlik və nevrotik pozuntu yaradır


Digərləri 24 Avq 2019 20:05:00 232 0

Yuxusuzluq gərginlik və nevrotik pozuntu yaradır

Yuxusuzluq və yuxu pozuntusu halı ilə demək olar ki, çoxları üzləşib. Yuxusuzluq - yuxuya tam gedə bilməmək, yuxuya getməkdə çətinlik çəkmək, davamlı yata bilməmək problemi deməkdir.

İnsana orta hesabla 7-8 saatlıq yuxu bəs edir. Lakin hər kəsin yuxuya tələbatı fərqlidir. Doğrudur, tələb olunandan daha çox yatdıqda yuxu pozuntusu baş verir. Sağlam insan orqanizm özü yuxunun nə qədər kifayət etdiyini müəyyən edir. Eləcə də yuxusuzluğun müxtəlif səbəblərdən baş verdiyini nəzərə almaq lazımdır.

Tibb.fins.az xəbər verir ki, həkim-nevroloq Sevinc Salamovanın verdiyi məlumata görə, yuxu pozulması müxtəlif səbəblərdən ola bilər: "Yuxunun üç cür pozulması ayırd edilir: yuxuya getmə çətinliyi, tez-tez ayılma və ya yuxu müddətinin azalması. Çox vaxt hansısa xəstəliyə tutulanda yuxu ya azalır, ya da çoxalır".

Problemə düzgün diaqnoz qoyulduqdan sonra müalicəyə başlamaq olar. Lakin bu məsələdə psixoloji amillər də nəzərə alınmalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva isə bu barədə bunları deyib: "Klinik problemlər zamanı həkimə müraciət etmək lazımdır. Təşviş və həyəcan pozuntusu olanda isə dərman müalicəsi qəbul edilməlidir".

(adsgarden = window.adsgarden || []).push({});