Şimali Koreya Donald Trampa vədini pozaraq yeni raketlər sınaqdan keçirib


Dünya 24 Avq 2019 19:36:00 264 0

Şimali Koreya Donald Trampa vədini pozaraq yeni raketlər sınaqdan keçirib

Şimali Koreya daha bir balistik raketsınağı keçirərək, ABŞ prezidenti Donald Trampa ABŞ-Cənubi Koreyanın birgə hərbi təlimləri başa çatandan sonra bu cür sınaqlar keçirməyəcəyinə dair sözünü pozub.

Lakin Tranp deyib ki, o, Şimali Koreyanın ən son sınaqlarının sözün tutulmaması olaraq görmür. ABŞ lideri G-7 sammitinə yola düşmədən öncə deyib ki, "Şimali Koreya lideri Kim Conq Un mənimlə açıq danışıb....O, raketləri sınaqdan keçirməyi sevir, amma biz heç bir zaman qısa-mənzilli raketləri məhdudlaşdırmamışıq".

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Yaponiya höküməti ilk olaraq sınaq barədə şənbə səhər xəbər verib. Bir neçə dəqiqə snra Cənubi Koreya ordusu sınaqğı təsdiq edib və Şimali Koreyanın raketləri Cənubi Hamqyonq vilayətindən dənizə doğru atdığını bildirib.

Qısa-mənzilli balistik raketlər olduğu güman edilən silshlar 380 kilometr məsafə qət edərək 97 kilomet hündürlüyə və Mach 6.5 sürətinə çatıb. Bu barədə Cənubi Koreyanın Birgə Qərargahlar Rəisinin bəyanatında bildirilib.

Cənubi Koreyanın Milli Təhlükəsilik Şurası fövqəladə iclasdan sonra ABŞ-la Cənubi koreyanın hərbi təlimlərinin bitməsnə rəğmən Şimali Koreyanın raketlər artmaöa davam etməsi ilə bağlı "ciddi narahatlığını" ifadə edib.

Danışıqlar

Tramp bu ayın əvvəli Twitter-də yazıb ki, Şimali Koreya lideri Kim Conq Un ABŞ-la Cənubi Koreyanın son hərbi təlimləri başa çatandan sonra raket atmağı dayandırmağasöz verib.