Çin Britaniyanın konsulluq işçisini azadlığa buraxıb


Dünya 24 Avq 2019 19:38:00 239 0

Çin Britaniyanın konsulluq işçisini azadlığa buraxıb

Çin polisi şənbə günü Britaniyanın Honq Konqdakı konsulluöunun işçisini sərbəst buraxdığını bildirib. Demokratiya tərəfdarları yenidən küçələrə axın edərək bu dəfə nəzarətin artırılacağına dair narahatlıqlara səbəb olan "ağıllı küçə lampalarının" yığışdırılmasına çağırıb.

Çinin Honq Konqla sərhəddə yerləşən Şenjen şəhərinin ictamai təhlükəsizlik rəsmiləri deyib ki, Simon Çenq Man-kit 15 gün inzibati həbsdən sonra azadlığıa buraxılıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, konsulluq işçisinin həbsi aylardır hökümət əleyhinə etirazlraın davam etdiyi yarı-muxtar Honq Konqda gərginliyi artırıb. Bu etirazlara yeni ağıllı işıq dirəklərinə qarşı müavimət də daxildir. Fəallar onların içində kamera və üz tanıma proqramının olduğunundan şübhələnir.

Şenjenin ictiami təhlükəsizlik idarəsinin Weibo hesabında bildirilib ki, Çenq Çinin qanunlarını pozduğuna görə həbs olunub və "qanunsuz əməllərini etiraf edib"

Çin höküməti bildirib ki, Çinə iş məqsədilə səfər edərkən həbs olunan Çen Şenjendə ictiami asayişi pozduğuna görə həbs olunub. .

Londonda Xarici və Millətlər Birliyi Ofisinin sözçüsü onun azad edildiyi təsdiq edib.