AstaraAstara dəmiryol terminalında tikinti işləri bərpa edilib


Dünya 24 Avq 2019 18:58:00 241 0

AstaraAstara dəmiryol terminalında tikinti işləri bərpa edilib

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmir yolunun 40 kilometrinin relslərinin düzülməsinə tezliklə başlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yol Şirkətinin icra direktoru Səid Rəsuli Astara Dəmiryol Terminalına baxış keçirərkən deyib.

S.Rəsulinin sözlərinə görə, relslərin düzülməsi İran hökumətinin xərci ilə həyata keçiriləcək. Azərbaycan Respublikası da Rəşt-Astara dəmir yolunun çəkilməsinə 500 milyon dollar investisiya yatıracaq.

Nazir müavini bildirib ki, Astara-Astara dəmiryol terminalında tikinti işləri uzun fasilədən sonra bərpa edilib və Azərbaycan tərəfi ilə bununla əlaqədar çoxlu danışıqlar aparılıb:

"Astara-Astara layihəsinin podratçısı dəmiryol terminalında yükləmə və boşaltma imkanlarını yaratmalıdır".