Millimiz Göygöldə Qırğızıstan yığmasıyla birgə hazırlığı davam etdirir


Digərləri 24 Avq 2019 18:47:33 193 0

Millimiz Göygöldə Qırğızıstan yığmasıyla birgə hazırlığı davam etdirir

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək

Bakı. Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Trend-in məlumatına görə, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edir. Qeyd edək ki, TMT avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığı Bakıda keçəcək.