Adnan Oktar türmədə də dinc dayanmır:


Dünya 24 Avq 2019 18:24:00 266 0

Adnan Oktar türmədə də dinc dayanmır:

Adnan Oktarın başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı hazırlanan ittihamnamədə qalmaqallı həqiqət üzə çıxıb. 

Son.az "Yeni Musavat"a istinadən xəbər verir ki, A.Oktar türmədə də "rahat" oturmayıb və qanunsuzluqlarını davam etdirib. İttihamnamədə qeyd olunub ki, A.Oktar təşkilatın vəkilləri vasitəsilə həbsdə olan üzvlərə kağız yazaraq göndərib. Bundan başqa, türmədə etirafçı olmağa hazırlaşan təşkilat üzvlərinə də təzyiq göstərib və təhdid edib.

Türkiyənin "Sabah" qəzetinin xəbərinə görə, ittiham aktında yer alan ifadəsində etirafçı B.K. bildirib ki, türmədə olan təşkilat üzvlərindən kimsə etirafçı olmağa hazırlaşırdısa, bu barədə etirafçı olmayanlar xəbər tutan kimi təşkilatın vəkilinə xəbər edir və sonuncu da həmin şəxsə qarşı təhdid və təzyiq kampaniyasına başlayırdı.

'ETİRAFÇI OLACAĞIMI ANLADI, OKTARIN VƏKİLİNİ ÇAĞIRDI"

İttiham aktında yer alan ifadəsində etirafçı B.K. bildirib ki, dörd aydan sonra etirafçı olmaq istəyib və bunu həftədə bir dəfə icazə verilən telefon danışığında anasına çətin şərtlər altında deyib: "Türmədə telefonla danışmaq sadəcə cümə günləri mümkün olurdu. Bütün təşkilat üzvləri də yan-yana telefonla danışırdıq. Mən anama zəng edəndə ona "mənə təcili vəkil göndər" dedim. Anam bu dediyimi anlamadı. İki əlimi birləşdirib ağzıma doğru apardım. Təşkilat üzvlərinin başa düşməyəcəyi bir şəkildə deməyə çalışarkən bu hərəkətimdən təşkilatın üzvü Pınar Sezgin bunu başa düşüb. Eyni kamerada qalan Selda Göktan ilə təşkilat tərəfindən tutulan və hamımıza ortaq gələn Aslı adındakı vəkilə Ayşə T. adlı vəkilin təcili olaraq türməyə gəlməsini deyirlər" dedi.

"SƏNİN VƏKİLİNLƏ GÖRÜŞMƏK İSTƏYİRƏM"

Etirafçı olmaq istəyən bir digər təşkilat şübhəlisinin ailəsi tərəfindən hər həftə qızlarının yanına göndərildiyini danışan B.K. sonradan etirafçı olan Ç.T.'yə "Sənin vəkilinlə görüşmək istəyirəm" dediyini, onun vəkili ilə görüşəndən sonra etirafçılıq və məhkəmə haqqındakı bütün məlumatları öyrəndiyini dedi.

B.K. etirafçı olma müddətində təşkilatın üzvü olan bir etirafçı ilə aralarında gedən dialoq barədə bunları deyib: "Ç.-yə bildirdim ki, burdan çıxandan sonra Adnan Oktarın yanında davam etmək istəmirəm. Bu səbəbdən də etirafçı olacam. Ç. T.-yə daha öncə də təşkilatdan qaçmaq istədiyimi demişdim. Ç. T. də mənim kimi təşkilatda psixoloji qorxu və travma yaşamasından ötrü etirafçı olmaqdan çəkinir və qorxurdu. Mən onunla bu mövzu barədə uzun-uzun danışandan sonra Ç. razılaşdı. İkimiz vəkil Hüseyn Küçüklə danışdıq. Biz Ç. Ilə bərabər kamerada bildiklərimizi prokurorluğa ayrı-ayrı ərizələr şəklində yazıb göndərdik".

''GÖRÜŞMƏ OTAĞINDA TƏŞKİLATIN VƏKİLİ BİR QEYD YAZARAQ TƏLİMAT VERDİ"

Digər etirafçı G.K. isə türməyə gələn təşkilat vəkillərinin türmədəki görüş otağında Adnan Oktarın kağıza yazdığı qeydləri onlara çatdırdığını və bu qeydlərlə təşkilat üzvlərinin təlimat aldıqlarını bildirib. Məhbuslarla görüşə gələn təşkilat vəkilləri bu qeydləri sənədlərin arasına qoyaraq, türməyə giriblər.

Ən maraqlısı da odur ki, A.Oktarın yazdığı məktublar "Xalam dedi ki..." başlığı ilə yazıldığından bu kod onların deşifrə olmamalarına səbəb idi. Həmin qeyddə isə aşağıdakılar yazılmışdı: "Vəkil Calal Ü. kimi etirafçı olmalarını istəyən vəkillərlə görüşməyin. Bu dosyanın içi boşdur, hər kəs bir neçə ay yatıb çıxacaq. Onsuz da əfv fərmanı məsələsi gündəmdədir. Səbirli olun, bir-birinizə mütləq məktub yazın. Etirafçılar da iftiraçıdırlar, məhkəmənin sonunda onsuz da günahkar vəziyyətə düşəcəklər. Kameralarda kamera təmizliyi kimi işlərə girişməyin. Yemək-içməyimizə fikir verin, bol-bol zeytun yağlı, tərəvəz və meyvə yeyin".

OKTAR TƏLİMAT VERDİ, SAXTA EVLİLƏR DANIŞDI

Türmədəki təşkilat mənsublarına evliliklərinin saxta olmadığını göstərmək üçün Adnan Oktardan təlimat gəldiyi, bundan sonra "həyat yoldaşları" ilə telefonla danışmağa başladıqları da etirafçı B.K.-nın açıqlamalarında yer alıb. "Təşkilatı bu şəkildə təmizə çıxararaq, sanki burda saxta evliliklər yoxmuş kimi göstərilməyə çalışıldı".

"NƏ SORUŞURLARSA, SORUŞSUNLAR, "BİLMİRƏM" DEYİN"

(adsgarden = window.adsgarden || []).push({});