Aslan 8 yaşlı qızı parçalamaq istədi, amma...


Digərləri 24 Avq 2019 15:42:00 245 0

Aslan 8 yaşlı qızı parçalamaq istədi, amma...

8 yaşlı qıza aslan hücum edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatının Denver şəhərində qeydə alınıb.

Məlumata görə, şəhərin Bailey qəsəbəsində evin önündə qardaşı ilə oynayan 8 yaşındakı uşağa aslan hücum edib. Hadisəni görən qızın qardaşı dərhal evə qaçaraq bu haqda atasına xəbər verib. Bayıra çıxan ata qızının aslan tərəfindən parçalandığını görüncə, ona hücum edib. Qəribədir ki, atanın qəti addımlarla aslanın üzərinə getməsi vəhşi heyvanı qaçmağa vadar edib. Qız dərhal xəstəxanaya aparılıb və onun durumunun ağır olduğu deyilir.

ABŞ mediası atanın bu qətiyyətini "qəhrəmancasına addım" kimi təqdim edib.

(adsgarden = window.adsgarden || []).push({});