Toy karvanında qəza, bəylə gəlin yaralandı


Digərləri 24 Avq 2019 15:44:00 191 0

Toy karvanında qəza, bəylə gəlin yaralandı

İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib.

Bakı. Elnur Bağışov - İranın Zəncan vilayətində Qeydar yolunda toy karvanında ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, bunu İranın Zəncan vilayətinin yol polisinin rəis əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib. M.Əziminin sözlərinə görə, toy karvanında "Peugeot Pars" markalı avtomobilin aşması nəticəsində 2 nəfər həlak olub. Rəsmi əlavə edib ki, hadisə nəticəsində bəylə gəlin də yaralanıb və xəstəxanaya yerləşdirilib.