Dünya üçün bəlaya çevrilir


Dünya 24 Avq 2019 15:30:00 200 0

Dünya üçün bəlaya çevrilir

ABŞ-da elektron siqaretin səbəb olduğu xəstəlik nəticəsində birinci ölüm hadisəsi qeydə alınıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, hadisə İllinoys ştatında baş verib.

"İllinoys ştatının ictimai səhiyyə departamentinə yaxın vaxtlarda elektron siqaretdən istifadə edən və ağır respirator xəstəliyi ilə xəstəxanaya yerləşdirilən şəxsin ölümü haqqında məlumat daxil olub", - idarənin saytında deyilir.

Departamentin məlumatına görə, İllinoysda son həftə ərzində elektron siqaret çəkən və tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirilən vətəndaşların sayı ikiqat - 22 nəfərə qədər artıb. Onların 17-38 yaşlarında olduğu bildirilir.

Bazar ertəsi Amerika Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (CDC) bildirib ki, ABŞ-ın səhiyyə sistemi elektron siqaretlərin çəkilməsi ilə yaranan ağciyər xəstəliklərini araşdırır. Bəyanatda deyilirdi ki, xəstəliklər əsasən, cavan insanlarda qeydə alınır.

Qeyd edək ki, elektron siqaret istifadəçiləri bu məhsulun insan orqanizminə heç bir zərəri olmadığını bildirsələr də, amma son illərin ən böyük kəşflərindən sayılan bu siqaretlərin insan orqanizminə zərərli olduğu sübuta yetirilib. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin ölkələrində satışına qadağa qoyublar.

(adsgarden = window.adsgarden || []).push({});