Honq Konqda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olundu


Digərləri 24 Avq 2019 15:29:46 234 0

Honq Konqda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olundu

Honq Konqda hökumət əleyhinə etiraz aksiyaları davam edir

Bakı. Honq Konqda hökumət əleyhinə etiraz aksiyaları davam edir. Trend-in məlumatına görə, bugünkü aksiyada polislə toqquşma qeydə alınıb. Qeyd olunur ki, etirazçılar icazə verilən bölgədən kənara çıxdıqları üçün polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Hadisə nəticəsində xəsarət alanların olduğu deyilir.