Quba və Şamaxıda quru ot sahələri yanır


Digərləri 24 Avq 2019 15:15:00 180 0

Quba və Şamaxıda quru ot sahələri yanır

Hazırda hər iki yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bakı. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə də quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Hazırda hər iki yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.