Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir (FOTO)


Digərləri 24 Avq 2019 14:54:00 259 0

Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir (FOTO)

23-25 avqust tarixlərində Rizədə Qara dəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilir.

Bakı. 23-25 avqust tarixlərində Rizədə Qara dəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilir. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Rizə Qapalı İdman Salonunda yarışın ilk günü mötəbər turnirin təntənəli açılış mərasimi keçirilib. Türk şəhidlərinin xatirəsi sükutla anıldıqdan sonra, İstiqlal marşı səsləndirilib. Rizə Gənclik və Spor Hizmetleri Spor İl müdiri Mustafa Çelik, Bələddiyyə başkanı Rahmi Metin, Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan, Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qara dəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov çıxış ediblər. Gürcütsan və Moldova Karate Federasiyalarının prezidentləri, o cümlədən Ukrayna və İranın nümayəndələri də tədbirdə iştirak edib. Açılış mərasiminin bədii hissəsi, yerli folklor qrupunun təqdimatında musiqi və rəqslərlə davam edib. Mərasimin ardından fəxri qonaqlar, müxtəlif əyarlı medallara sahib olan Azərbaycan karateçiləri də daxil olmaqla, fərqlənən idmançılara müvafiq mükafatlar təqdim ebiblər.