İstirahət üçün əla fürsət... HAVA PROQNOZU


Digərləri 24 Avq 2019 13:24:00 227 0

İstirahət üçün əla fürsət...  HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 20-24° isti, gündüz  30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz  33-35°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti      

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,