ABŞ və Rusiyadan qarşılıqlı ittihamlar


Siyasət 24 Avq 2019 12:39:00 69 0

ABŞ və Rusiyadan qarşılıqlı ittihamlar

1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilə silahlanmanın və yeni təhlükəli silahların hazırlanması qarşısında çox az maneələrdən biri idi və "soyuq müharibə"nin başa çatmasında mühüm rol oynayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri təşkilatın Təhlükəsizlik Şurasının Çin və Rusiyanın tələbi ilə çağırılan iclasında BMT-nin silahlanmaya qarşı Ali nümayəndəsi İsumi Nakamitsu səsləndirib.

Ali nümayəndə qeyd edib ki, həmin müqavilənin ləğvi heç kimin qarısını ala bilməyəcəyi yeni silahlanmanın və raket texnologiyalarının daha geniş yayılmasının katalizatoru rolunu oynaya bilməz. O, BMT baş katibinin adından bütün dövlətləri dünyadakı onsuz da kövrək olan vəziyyətin gərginləşməsi üzrə addımlardan çəkinməyə və mümkün qədər tez bir zamanda silahlanma üzərində yeni beynəlxalq nəzarətin mexanizmlərini axtarmağa çağırıb. Nakamitsu vurğulayıb ki, Raket texnologiyaları üzərində nəzarət mexanizmi və ballistik raketlərin yayılmasının qarşısının alınması üzrə Haaqa məcəlləsi indiki vəziyyətdə kifayət etmir.

BMT TŞ-nin iclasında Rusiya və ABŞ-ın təşkilatın yanında daimi nümayəndələri qarşılıqlı ittihamlar səsləndiriblər. Rusiya nümayəndəsi Dmitri Polyanski Avropa ölkələrinə müraciətlə deyib ki, onlar ABŞ-ın raket texnologiyalarını öz ərazilərində yerləşdirməyə imkan verməməlidir. O, Birləşmiş Ştatların silahlanmanın yeni mərhələsi ilə bağlı hərəkətlərinə adekvat cavab verəcəklərini də bildirib.

ABŞ-ın BMT yanında daimi nümayəndəsinin vəzifəsini icra edən Conatan Koen isə bəyan edib ki, Rusiya uzun illər ərzində Orta və qısa mənzilli raketlərin ləğv olunması haqqında Müqavilənin şərtlərini pozub, raket qurğularını inkişaf etdirib və sınaqdan keçirib. O, buna misal olaraq 9M729 raket sistemini göstərib və əlavə edib ki, Moskva bu silahlarla təchiz olunmuş batalyonlar da yaradıb. Amerikalı diplomat qeyd edib ki, Rusiya bununla bağlı Vaşinqtonun müraciətlərinə məhəl qoymayıb və ABŞ müqavilədən çıxmağa məcbur olub. O, həmçinin Rusiya və Çinin Amerikada qanadlı raketlərin sınaqları ilə bağlı etirazlarını da rədd edib və bildirib ki, Birləşmiş Ştatların bu addımı özünün və müttəfiqlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlıdır.

Son.az 

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək like
  • 24 Avq 12:36  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək

Avqustun 26-da saat 20.00-da Heydər Əliyev Mərkəzinin parkında estrada uldu

arrow Ətraflı
Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı like
  • 24 Avq 12:34  
Digərləri Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı

Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xə

arrow Ətraflı
“Kişilər qadınlarla üç şeyi edə bilər” like
  • 24 Avq 12:34  
Şou-biznes “Kişilər qadınlarla üç şeyi edə bilər”

Aktrisa Oksana Rəsulova İnstaqram paylaşımındakı sözləri ilə diqqət c

arrow Ətraflı
Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları like
  • 24 Avq 12:30  
Digərləri Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az ilə birgə la

arrow Ətraflı
Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!" like
  • 24 Avq 12:29  
Digərləri Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"

Son.az Kulis.az-a istinadən şairə Adilə Nəzərin filologiya üzrə fəlsəf

arrow Ətraflı
Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib like
  • 24 Avq 12:24  
Digərləri Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlar

arrow Ətraflı
Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb like
  • 24 Avq 12:19  
Digərləri Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb

Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, 2.5 lirəlik b

arrow Ətraflı
Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb like
  • 24 Avq 12:13  
Digərləri Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb

Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, 2.5 lirəlik b

arrow Ətraflı
“Azəriqaz” qeyriiş günlərində də xidmət göstərəcək like
  • 24 Avq 12:09  
Digərləri “Azəriqaz” qeyriiş günlərində də xidmət göstərəcək

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil sm

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb like
  • 24 Avq 12:06  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Avqustun 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Əfqanıstanda FACİƏ: like
  • 24 Avq 12:04  
Dünya Əfqanıstanda FACİƏ:

Əfqanıstanda yol-nəqliyyat qəzasında 6 nəfərin öldüyü, daha 12 adamın

arrow Ətraflı
Vilayət Eyvazovdan yeni təyinatlar like
  • 24 Avq 11:59  
Digərləri Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

arrow Ətraflı
Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib like
  • 24 Avq 11:52  
Digərləri Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

Bakı və Abşeron arxipelaqı adalarında tədqiqat aparılır

arrow Ətraflı
Qonşu ölkədə meyvətərəvəzin qiyməti qalxıb like
  • 24 Avq 11:49  
Dünya Qonşu ölkədə meyvətərəvəzin qiyməti qalxıb

İran paytaxtı Tehranda meyvə tərəvəzin elan olunan qiymətlərinə əsasə

arrow Ətraflı
Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü like
  • 24 Avq 11:44  
Kriminal Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü

Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşları tərəfi

arrow Ətraflı