Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı


Digərləri 24 Avq 2019 12:34:00 192 0

Xaçmazda texnika qaz xəttini zədələdi, təchizat dayandı

Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

Bakı. Elçin Mehdiyev - Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.