Bakının yeni "Xanlar Parkı" Yaradılacaq şərait və YENİLİKLƏR FOTO


Digərləri 24 Avq 2019 10:24:00 242 0

Bakının yeni "Xanlar Parkı"  Yaradılacaq şərait və YENİLİKLƏR  FOTO

Bakının qədimliyini və tarixini əks etdirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park salınır.

Artıq uzun zamandır restavrasiyası aparılan "Bakı Xanlarının Evi" Kompleksinin ərazisində salınacaq istirahət mərkəzində hansı yeniliklərin olacağı, şəhər sakinləri, o cümlədən turistlər üçün hansı şəraitlərin yaradılacağı barədə Trend-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan danışıb.

Onun sözlərinə görə, restavrasiya olunan kompleksin həyətyanı sahəsi abadlaşacaq:

"İqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin, ziyarətçilərin əvəzolunmaz istirahət guşəsinə çevriləcək. Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq. Əhalinin rahatlığını təmin etmək üçün skamyalar qoyulacaq, talvar qurularaq, onun altında bir neçə köşk fəaliyyət göstərəcək. Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq alınması imkanlarından istifadə olunması planlaşdırılır".

Z.Cahan park və kompleksə girişin hansı şəkildə aparılacağı barədə də söz açıb:

(adsgarden = window.adsgarden || []).push({});